İdman

Messi və komanda yoldaşları prezidentlə görüşmək istəmədilər – Qalmaqal

Argentina millisinin futbolçuları dünya kuboku ilə birlikdə prezident sarayına getmək təklifindən imtina ediblər.

Fanat.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Səbəb oyunçular və ölkənin indiki hökuməti arasında siyasi baxışların üst-üstə düşməməsidir. Lionel Messi və komanda yoldaşları prezident sarayının eyvanından hər hansı siyasi bəyanatlara alət olmaq istəməyiblər. Maraqlıdır ki, dünya çempionu olan komandanın prezident sarayına yollanmaması Argentina tarixində ilkdir.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Argentina Fransa yığmasını üstələyərək tarixində 3-cü dəfə mundialın qalibi olub.

Bənzər yazılar

Back to top button