GündəmManşetSiyasət

Ermənilər Laçın yolunun açılması tələbilə sülhməramlıların qərargahının qarşısında aksiyaya başlayıblar

27 dekabr axşamdan bir qrup erməni Xocalı aeroportunda Rusiya sülhməramlılarının qərargahın qarşısında aksiya keçirir. Ermənistan KİV-in məlumatına görə, aksiyanın təşkilatçısı Tiqran Petrosyan komanda Andrey Volkovla görüş tələbini sülhməramlıların komandanının müavininə çatdırıb. təhvil verib. Birmənalı cavab almayan Petrosyan bildirib ki, iştirakçılar Volkov onların qarşısına çıxana qədər hava limanında qalacaqlar.

“Biz məhz Andrey Volkovla görüşməliyik və ona deməliyik ki, bizim tələblərimizi öz rəhbərlərinə çatdırsın ki, sülhməramlılar Laçın yolunu açsınlar”, – Petrosyan deyib.

Qeyd edək ki, sülhməramlıların qərargahının qarşısında Rusiya və Ermənistanın bayraqları asılıb. Rusiya bayrağını başa düşmək olar, bəs Ermənistan bayrağının nə dəxli var? (Turan)

Bənzər yazılar

Back to top button