GündəmSiyasət

Erməni xəstələri aparan avtomobillər və sülhməramlıların yük maşınları Laçından keçərək Ermənistana gediblər

Dekabrın 28-də Qızıl Xaç Cəmiyyətinin ağır xəstə olan erməniləri aparan üç maşını Laçın yolu ilə Xankəndidən Ermənistana gedib.

Bundan öncə Qızıl Xaç Cəmiyyətinin nümayəndələri Azərbaycan tərəfinə bildiriblər ki, ağır xəstələri iki nəfər ailə üzvü və iki tibb işçisi müşayiət edəcək.

Bu müraciətlərin bir qismi Qarabağ ermənilərinə açıq olan “Qaynar Xətt” vasitəsilə daxil olub.

Bundan əlavə, bu gün Rusiya sülhməramlılarının iki yük maşını Laçın dəhlizindən maneəsiz keçib.

Bənzər yazılar

Back to top button