İdman

Van Deyk: “Həmin oyuna görə 2 gün yata bilmədim”

Niderland millisinin kapitanı Vircil van Deyk DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olduqları matç barədə danışıb (2:2, penaltilər seriyası – 3:4).

Qol.az xəbər verir ki, o, penaltilər seriyasında dəqiq zərbə vura bilmədiyinə görə hələ də çox narahat olduğunu etiraf edib:

“O oyundan sonra 2 gün yata bilmədim. Bu məyusluq məntiqli idi. İki qol buraxdıqdan sonra da uğura çox yaxın idik. Təəssüf ki, belə vacib penaltini qola çevirə bilmədim. Çox məyusam, çətin bir axşam və gecə yaşadım”.

Bənzər yazılar

Back to top button