CəmiyyətGündəm

XXI əsr Azərbaycan: Bir bacı-qardaş məktəbə gedə bilmir, vecinə alan yoxdur (FOTO)

Bakıda bir bacı-qardaş təhsildən kənar qalıb.

Bunu Qaynarinfo-ya açıqlamasında uşaqların anası Şəhla Hüseynova deyib. Ana uşaqlarının birinin 12, birinin isə 10 yaşında olduğunu vurğulayıb.

Şəhla Hüseynova uşaqların məktəbə getməməsinin səbəbini ailə vəziyyəti ilə əlaqələndirib. Ana nə qədər çətin olsa da, uşaqlarının təhsil almasını istəyir:

“Ailə problemlərim olub. Çətinliklər bir-birinin ardınca gəldi. Düzünü deyim ki, bu məsələdə özüm də günahkaram, uşaqlarıma vaxt ayıra bilmədim. Evdən işə, işdən evə, çörək qazandım ki, uşaqlarım ac qalmasın. İşləməsəydim, ac qala bilərdilər. Həyat yoldaşımdan ayrılmışam, atam-anam rəhmətə getdi, onların yas mərasimi-filan, bir də baxdım ki, vaxt gedib, uşaqlar təhsilsiz qalıb. Hara müraciət edirəm, “yox” deyirlər. İstəyirəm, uşaqlarım təhsil alsın, amma hansı məktəbə gedirəmsə, mənə “yox” deyirlər. Təhsil Nazirliyinə də müraciət etmişəm, amma cavab ala bilmədim. Hansı müəllimə dedimsə, hər fənnə görə məndən 50 manat istədilər. Mənim o boyda pulum yoxdur, üstəlik, lap pul olsa da, sonda uşaqların ali məktəbə girməsi üçün mütləq sənəd lazımdır”.

Şəhla Hüseynova aidiyyatı qurumlardan kömək istəyir:

“Mənə kömək edin, uşaqlarımı təhsilə yönəldim. Evimizə yaxın məktəblər var, Elm və Təhsil Nazirliyindən xahiş edirəm, uşaqlarıma təhsil almağa kömək etsinlər”.

Bənzər yazılar

Back to top button