GündəmHadisə

Xətai məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatətə yenidən baxacaq

Dekabrın 29-da Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı vəsatətə baxılacaq. Bunu Turan-a vəkil Elçin Sadıqov bildirib.

Xatırladaq ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay və 20 gün həbs edib.

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin şikayətii (qanunsuz həbs və ev dustaqlığına keçirilmə barədə) iki dəfə təmin etməyib, bundan sonra dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbilə müddətsiz aclığa başlayıb.

Dekabrın 20-də Xətai məhkəməsi Hacıyevi ev dustaqlığına keçirməkdən imtina edib, dekabrın 23-də isə apellyasiya instansiyası bu qərarı qüvvədə saxlayıb.

Bənzər yazılar

Back to top button