Hadisə

Azərbaycanda zəlzələ oldu

Bu səhər Azərbaycanın Saatlı rayonu ərazisində zəlzələ baş verib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti yayıb.

Məlumata görə mayın 11-də yerli vaxtla saat 07.24-də Saatlıdan 24 km cənub-şərqdə, rayon ərazinidə zəlzələ baş verib.

Yerin 48 km dərinliyində qeydə alınan yeraltı təkanların şiddəti 5.3 bal gücündə olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Bənzər yazılar

Back to top button