GündəmManşetSiyasət

Fərid Şəfiyev: “Ermənistanla Rusiya arasında münaqişə taktiki səviyyədən strateji səviyyəyə keçib”

Ermənistanla Rusiya arasında fikir ayrılığının taktiki yox, strateji olması göz önündədir. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi üçün Rusiyanın dəstəyini almaması səbəbindən yaranıb, – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin illik hesabatının təqdimatında çıxışı zamanı bildirib.

Şəfiyev hesab edir ki, Rusiyanın regionda geostrateji marağı qalır. Amma Rusiya ilə Ermənistan arasında fikir ayrılıqları qalacaq, çünki Yerevanda istəyirlər ki, Qərb ermənilərin iqtisadi problemlərini həll etsin, Rusiya isə işğalçılıq siyasətini dəstəkləsin. Bu, Rusiyanı qane etmir”, – ekspert deyib.

O, azərbaycanlıların Laçın-Xankəndi yolunda etiraz aksiyasını da şərh edib.

Şəfiyev baş verənlərin üç səbəbini göstərib:

– Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı;

– 9 noyabr 2020-ci il tarixli bəyanata zidd olaraq Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməsi;

Bütün nəqliyyat dəhlizlərinin açılması üzrə öhdəliyinin yerinə yetirilməməsi.

Sonuncu səbəblə bağlı Şəfiyev qeyd edib ki, “Azərbaycan Ermənistanla sərhəddən Qarabağa yeni keyfiyyətli yolu istifadəyə verib, lakin erməni tərəfi Mehri dəhlizi vasitəsilə Azərbaycandan Naxçıvan bölgəsinə dəhliz açmaqdan müxtəlif bəhanələrlə imtina edir”.

Ekspert hesab edir ki, Laçın yolunda baş verənlər aşağıdakı fundamental problemlərin olduğunu göstərir:

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi;

– Rusiya sülhməramlı kontingentinin Qarabağda qeyri-qənaətbəxş fəaliyyəti;

-Ruben Vardanyanın rəhbərliyilə erməni radikalların Qarabağ ermənilərilə Bakı arasında gedən dialoqu pozan əməlləri;

– Geosiyasi oyunçuların maraqlarının toqquşması.

“İndi hamıya aydın olmalıdır ki, sülh müqaviləsinin əldə olunması yolundakı maneələr aradan qaldırıldıqdan sonra problem tamamilə həll oluna bilər və Qarabağ bölgəsi yenidən Azərbaycanın inzibati nəzarətinə keçəcək. Sonda, bu baş verəcək. Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörməti olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz. Azərbaycan hər zama belə hazırlıq nümayiş etdirib”, – Şəfiyev bildirib.(Turan)

Bənzər yazılar

Back to top button