Hadisə

Evlərin damı uçdu, işıqlar kəsildi… – Güclü külək Şamaxıda bir sıra fəsadlar törədib

Güclü külək Şamaxı rayonunda bir sıra fəsadlar törədib.

Məlumata görə, bir binanın və bir neçə fərdi yaşayış evinin dam örtüyü yararsız vəziyyətə düşüb.

Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon xətləri qırılıb, ətraf ərazilərə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub, fəsadlar aradan qaldırılıb, təhülükəsizlik tədbirləri görülüb.

Hazırda güclü küləyin rayona vurduğu ziyanın məbləği dəqiqləşdirilir (Report.)

Bənzər yazılar

Back to top button