Bizim seçimİqtisadiyyatManşet

AZAL, a-z-a-l-T, AZ AL! və yaxud Sürünənlərə ucmağı etibar etməzlər!

İlk baxışdan fərqində deyilik! Fərqində deyilik ki, birbaşa 4 milyonun, dolayısıyla 10 milyonun taleyindəki, yaxud da taleyindəki müəyyən bir anın-kəsimin sahibi Cahangir Əsgərov düşüncə və təfəkkür baxımından sürünmək üçün yaranıb. “Bu insanın Azərbaycan xalqına qarşı heç bir rəğbəti yoxdur” qənaəti bir yana, nifrəti, qəzəbi sonsuzdur! Elementar bir müqayisə edim keçim faktlara: Rusiyadan Ermənistana uçuşlar plyus-minus 50 ABŞ dolları civarındadır! Azərbaycana biletlər 500 ABŞ dolları!

Cahangir Əsgərovla məsələ məlum: adam dəfələrlə haqlı olaraq verilən suallara, – biletlərin niyə baha olması, baqaj yükünə görə xalqı soyması qarşılığında, – hörmətsizcəsinə “mövqe”yini ortaya qoyub! Fəqət həm sərninşinlər, həm də jurnalistlər bu sayğısızlığa hörmətsizliyin ardından susmağa üstünlük veriblər!

Əslində isə… qəti mübarizə aparılmalıydı. Ən azından, ölkənin prezidenti İlham Əliyev dəfələrlə münasibət bildirib, tələb edib, göstəriş verib, ölkə başçısının bu təpkisindən sonra ona dəstək olmaq lazım idi, biz isə içimizə atdıq: “Əşşi, “Canik” prezidenti də saymır!”.

Arada bir-iki araşdırmaçı tapıb üzə çıxartmışdı ki, bunun xanımının adına Batumidə obyektlər alınıb, tikintiyə sərmayə qoyulub, sonra onlar da havaya qaldırdıqları “Su-27”-lərdən “korrupsiya bombaları”nı Cahangir Əsgərovun başına tökməkdənsə, qalxdıqları ucalıqdan özləri guppultu iləyerə elə düşdülər ki, heç yerin altından da səsləri gəlmir.

Biz təpik bizə dəyəndə ayılanlardanıq! Biletlərin baha olmasının təpiyi mənə dəyməyib – son bir ildə 10 dəfə Moskvaya və geri uçmuşam. Bu o deməkdir ki, mən 10 ən yaxın dostuma ağız açmışam, deməli, 10 ən yaxın dostum ortalamamənə 5000 dollar yardım etmiş olub – bu, böyük borcdur, böyük haqdır mənim boynumda. Ancaq iş ondadır ki, Rusiyadakı 3-4 milyon azərbaycanlının hər biri Aydın Canıyev deyil və onların Aydın Canıyev kimi hər dəfə ağız açası 10 yaxın və dəyərli, xeyirxah dostu yoxdu! Bir orası da var ki, Rusiyadan Azərbaycana gəlmək istyəyən azərbaycanlılar müxtəlif variantlara əl atsalar da, alternativ yolu olmayanlar məcburən AZAL-ın ayağına gəlirlər. Bilet kassalarında isə yalvarmağa, sövdələşməyə imkan yoxdu ki, yalvarasan: AZAL, az al!

AZAL-ı Azərbaycan hava məkanından AZALtmaq lazımdır – qəti şəkildə! İstənilən digər aviakompaniya Azərbaycana, Azərbaycan xalqına, azərbaycanlı sərnişinlərə daha hörmətlə, daha rəğbətlə, daha anlayışla yanaşır, nəinki bu nə azərbaycanca, nə də rusca danışıq mədəniyyəti, qabiliyyəti olmayan Cahangir Əsgərov! Prezident dövlət konserni olaraq hər il AZAL-a kifayət qədər yüksək məbləğdə subsidiya ayrılmasına sərəncam verir, bu “canik” isə götürüb əksər ölkələrin həm təhlükəsizliyinə, həm də komfortuna görə istismardan çıxardığı drandulet, tökülmüş-sökülmüş təyyarələri alır yığır anqara. İqtisadçı olmadan da anlamaq olur ki, burada dövlətin pulları göyə sovrulmayıb e, birbaşa Cahangir Əsgərovun cibinə axıdılıb! Cahangir Əsgərov isə “dövlətin pulunu neyləmisən” sualına cavabı bizə bileti 500 dollara sırımaqla kompensasiya edir, halbuki Moskva-Bakı aviareysinin dəyəri 100 dolları aşmır!

Cahangir Əsgərov heç…”on s çortom, çort s nim” – şeytan onunladır, o şeytanladır. Hətta prezidentin də dil-ağzını bağlaya bilir, kişinin oğlu ayrılan pulları “obratnı” qaytarır da. Day “necə” sualını verən olmur.

Cahangir Əsgərovu başa düşmək olar, mən onun müavini və sələfi olacaq Eldar Hacıyevi başa düşmürəm.

Bu adamdan ilk yazını “Xalq qəzeti”ndə mən yazmışam – bir səhifə həcmində. Əliaçıq, dəyərli oğlan idi o vaxtlar. Bilirsiniz niyə? Adam Moskvada bilet mafiyası ilə vuruşub azərbaycanlıların təşəbbüsünü çəkirdi. Nümayəndəliyin açılması üçün əlindən gələni etmişdi. Heydər Əliyevə sədaqətdən, Vətənə xidmətdən danışırdı. Milyardlarla pulun möhtəkirlərin cibinə axmasındansa dövlətimizin büdcəsinə yönləndirilməsi üçün əldə-ayaqdan gedirdi! Soruşmaq istəyirəm, əziz ordubadlı balası, hara getdi sənin o vətənpərvərliyin, Heydər Əliyevə sadiqliyin? Sən Rusiyadakı bilet mafiyası ilə döyüşə bildin, qalib gəldin, Cahangir Əsgərov səni necə və nəylə satın aldı? Kim bilməsə də sən bilirsən axı bu bilet məsələsində nə miqdar pullar dövr edir.

Cahangir Əsgərov bir yandan dağıdır, sən də bir yandan dağıntının daha faciəli formasına niyə rəvac verirsən? Niyə də şübhələnməyək ki, məhz AZAL-ın biletləri niyə bu qədər bahadır? Yoxsa bir vaxtlar döyüşdüyün bilet mafiyasını təzədən diriltmisən, sənin payın ayrıcadır?

Axı mənim tanıdığım Eldar Hacıyev bu qədər əclaflığa yuvarlanmamalıydı – təsəvvür edin: Vladivostokdan, Maqadandan, ümumiyyətlə, RF-nin 85 subyektindən azərbaycanlı ailə gəlir Moskvaya çıxır və uçmalıdır Azərbaycana. Bir bilet 500 dollar, ailə isə 5-6 nəfər. Bir maşının qiymətidir e! Heçmi sizdə insaf, vicdan yoxdur? İqtisadi qanunlar insaf, vicdan hərləmir, siz iqtisadi qanunlarla da işləmirsiniz axı! Mafiya qanunları ilə də işləmirsiniz! Sizin etdikləriniz vəhşilikdir, sadəcə. Azərbaycan xalqına qarşı vəhşilik!

Azərbaycanlılara səmalarda olmaq yaraşır!

Bizi bundan məhrum ediblər!

Azərbaycanlılara göylərə yüksəlmək yaraşır – layiqdirlər. Ayrıları bunu bizə rəva görür, sizdən başqa, cənab EldarHacıyev, Cahangir Əsgərov.

Görünür, siz özünüz azərbaycanlıları səmalarda müşayiət eləməyə layiq deyilsiniz! Çünki düçüncəniz sürünənlər düşüncəsidir!

AZAL… azərbaycanlıları göylərə, səmaya, ucalığa daşımaqdansa… yollarda süründürür.

“Bizi gömmüş yerə minbərdəkilər” deyirdi Sabir!

İndi mollalardan sonra milləəti yerə gömmək növbəsi sizə çatıbmı, Eldar Hacıyev, Cahangir Əsgərov?

Cahangir Əsgərov əvvəlindən bəllidir, amma sizə deyirəm, Eldar Hacıyev: axı siz şəxsən görmüsünüz azərbaycanlılar hava limanlarında nə qədər miskin duruma düşür. Bir vaxtlar bu hal sizi incidirdi, siz xalqınızı o günə salanları söyürdünüz, indi incidən sizsiniz və şefinizdir – fərqindəsinizmi, sizi daha kreativ söyürlər? Dünya qloballaşır və inteqrasiya prosesi sürətlənir. Nəzərə alın. Mən əlimə kompüter düşən kimi, sizin üçün aviauçuşların Moskvadan Tbilisiyə, Yerevana, Astanaya, Münhenə müqayisəli qiymət fərqini çatdıracam. Ya da etdiyiniz zülmün qarşısında əziyyət çəkin, bir də özünüz baxın, ya da mətbuat xidmətinizə tapşırın, çatdırsın sizə. Baxın. Baxın ki, əmin olun: siz sürünürsünüz, başqaları uçur! Uçur e, uçur! Çünki siz uçmaq üçün doğulmayıbsınız!

Elə buna görə də həm yerdən, həm də göydən çooox eybəcər görünürsünüz!

Aydın Canıyev,
Mənbə: Miq.Az

Bənzər yazılar

Back to top button