ManşetSiyasət

Paşinyan Moskvaya təzyiq göstərməyə çalışır və digər ölkələrin sülhməramlılarını Qarabağ göndərməyə çağırır

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi ilə bağlı vəziyyətə dəqiq aydınlıq gətirməyə çağırıb. Bu barədə o, dekabrın 29-da hökumətin iclasında bildirib.

“Rusiya Dağlıq Qarabağ xalqı qarşısında üzərinə konkret öhdəliklər götürüb. RF vəziyyətə verdiyi qiyməti, dəhlizdə hərəkətin bərpası ilə bağlı planları və yol xəritəsini açıqlamalıdır.

Bu, Ermənistanda və Dağlıq Qarabağda cəmiyyətin BMT TŞ-nin daimi üzvü olan Rusiyadan cavab gözlədiyi sualdır”, deyə Paşinyan bildirib.

RF obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, BMT TŞ-də sülhməramlı kontingentin BMT mandatı alması və ya Dağlıq Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi məqsədilə müzakirələr aparılması təşəbbüsü irəli sürməlidir, deyə o qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button