Siyasət

RF XİN Paşinyana cavab verib

RF XİN-in mətbuat katibi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətsizliyi ilə bağlı bugünki ittihamlarına cavab verib.

XİN-də keçirilən brifinqdə çıxış edən Zaxarova bu tənqidi qəbuledilməz adlandırıb. “Rusiya sülhməramlıları yer üzərində vəziyyəti nizamlamaq üçün mümkün olan hər şeyi edirlər. Heç bir ictimai hücum məsələyə kömək etmir. Daha pis vəziyyətlər də olub. Bu vəziyyətin yaxşılaşması üçün işləyirik. İstədikləri qədər səmərəliliyin artırılması zərurətindən və s. danışa bilərlər. İndi hamı bu vəziyyətin həlli ilə məşğuldur. Amma belə şeylər demək və bəyan etmək sadəcə olaraq yer üzərindəki reallıqları başa düşməməkdir”, deyə o bildirib.

Bənzər yazılar

Back to top button