GündəmManşetSiyasət

Moskva Yerevandan Zəngəzur dəhlizini açmağı tələb etmir – Zaxarova

Rusiyanın Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olmağa məcbur etməsi haqqında iddialar həqiqətə uyğun deyil. Bu barədə cümə axşamı keçirilən brifinqdə RF XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib. O, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Ermənistan İctimai Televiziyasına müsahibəsində dediklərini təkzib edib.

“İnsanlar fakt göstərmədən belə bəyanatlar səsləndirirlərsə, həm də konkret olaraq ölkə adı çəkirlərsə, zəhmət olmasa, bunu faktlarla dəstəkləyin”, deyən Zaxarova xatırladıb ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Peskov da Rusiya məmurlarından heç birinin heç vaxt belə bir şey demədiyini bildirib.

Zaxarova həmçinin Qriqoryanın Moskvanın Yerevana Zəngəzur dəhlizinin açılması haqqında qərarı zorla qəbul etdirmək istədiyi haqqında sözlərini təkzib edib.

Kommunikasiyaların açılması marşrutlar üzərində həmin marşrutların ərazisindən keçdiyi ölkənin suverenliyini nəzərdə tutur, deyə o xatırladıb. (Turan)

Bənzər yazılar

Back to top button