Dünya

Niderlandda karantini boykot edən 400 nəfər həbs olundu

Niderlandda Covid-19 tədbirləri çərçivəsində sosial məsafə qaydalarına qarşı çıxaraq etiraz aksiyası keçirən 400 nəfər saxlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Lahey şəhərinin Malieveld bölgəsində hökumət binası yaxınlığında təşkil olunan aksiyaya bələdiyyənin qadağa qoymasına baxmayaraq minlərlə insan qatılıb. Polis əllərində “karantini dayandırın”, “1,5 metr sosial məsafə qaydasını ləğv edin” yazılmış plakatlar tutan nümayişçilərin aksiya keçirmələrinə bir müddət icazə versə də, daha sonra kütlənin dağılmaması səbəbindən 400 nəfəri saxlayıb.

Laheyin bələdiyyə sədri Yohan Remkes nümayişçiləri “baş bəlası” adlandırıb və onların ictimai nizamı pozmaq istədiklərini bildirib.

Bənzər yazılar

Back to top button