GündəmSiyasət

Laçında vəziyyət dəyişməz olaraq qalır – 18-ci gün

Azərbaycanlı vətəndaş fəallarının Şyşa yaxınlığında keçirdiyi etiraz aksiyasının 18-ci günündə Laçın dəhlizində vəziyyət dəyişməz olaraq qalır. Aksiya iştirakçılarının verdiyi məlumata görə, hər iki tərəfə Rusiya sülhməramlılarının 13 yük və minik maşını buraxılıb.

Qarabağ erməniləri əvvəlki kimi yoldan keçməkdən imtina edirlər, Azərbaycanlıların getməyini tələb edirlər. Eyni zamanda, onlar müntəzəm olaraq öz xəstələrini Qırmızı Xaç Komitəsinin avtomobillərinin müşaiyəti ilə Ermənistana göndərirlər.

Dünən Qarabağ ermənilərinin Xocalıda sülhməramlıların qərargahı qarşısındakı aksiyası heç bir nəticə verməyib. Sülhməramlıların komandiri general Volkovun “dövlət naziri” Ruben Vardanyanla danışıqları da vəziyyətə heç bir dəyişiklik gətirməyib.Bu arada, Qarabağda ərzaq çatışmazlığını əsas gətirərək, ərzaq verilməsinə və ictimai iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyə başlayıblar. (Turan)

Bənzər yazılar

Back to top button