Digər

Ermənistan Azərbaycana görə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq istəyir

Azərbaycan tərəfindən yeni “təcavüz” təhlükəsi fonunda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini ən qısa müddətdə ratifikasiya etməlidir. Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında ədliyyə naziri Qriqor Minasyan müvafiq layihəni təqdim edib.

Sənəddə deyilir ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan SQ Ermənistana qarşı “hərbi təcavüz” törədib, onun ərazisinə daxil olub və orada qalmaqda davam edir.

“Bakıdan gələn hərbi bəyanatlardan göründüyü qədər, Ermənistana qarşı yeni hərbi təcavüz riski yüksək olaraq qalır. Bu şərtlərdə BCM-nin Nizamnaməsinin ən qısa zamanda ratifikasiyası o deməkdir ki, Azərbaycan SQ-nin Ermənistan ərazisindəki “cinayətləri” BCM-nin yurisdiksiyası altına düşəcək. Bu, Azərbaycan üçün çəkindirici amil olacaq”, deyə Ermənistan ədliyyə nazirinin əsaslandırmasında bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button