HadisəManşet

Muxtar Babayevin diqqətinə: Ekologiya idarəsində əkin korrupsiyası

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yeyənkənd meşəbəyliyinin 16 saylı meşə dolayında 50 hektar ərazidə cari ilin əkin işlərinə hazırlıq gedir.

Bu barədə meşə gözətçiləri AzToday.az-ı məlumatlandırıblar. Onların sözlərinə görə, idarənin ştatda olan 30 fəhləsindən cəmi 10 nəfəri əkin işlərində iştirak edir, qalanları isə işləmədən maaşlarını alırlar:

“Rəhbərlik bizi məcburi şəkildə həmin əkinlərin hazırlıq işlərinə cəlb edir. İdarənin fəhləsi Məhəmməd Adiyev isə blogerlik edir və çəkdikləri videoları özünün “Tiktok” və “Youtube” kanallarına yerləşdirir…”.

Gözətçilər qeyd edir ki, 50 hektar əkin sahəsinə kilometrlərlə mühafizə cəpəri çəkilir və həmin çəpərə adları “Qırmızı Kitab”a daxil edilmiş ağac cinslərindən 2 metr uzunluğunda payalar kəsilərək istifadə edilir. Bu isə göz önündə təbii bərpanın məhv olması deməkdir. Məşhur məsəldə olduğu kimi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi “qaş düzəldən yerdə vurub göz də çıxardır”.

Bu arada qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında 10 hektara yaxın ərazidə 2020-ci ildə əkin və aqrobağlar salınmışdı. 1 il keçməmiş əkin və aqrobağlar baxımsızlıqdan məhv olunub .Bu batan əkin əkin və aqrobağların yerinə 2022 və 2023-cü illərdə yenidən əkinlər salınıb. Eyni ikinci salınan əkin birinci kimi baxımsızlıqdan mal-qaranın tapdağı altında sıradan çıxıb.

Meşə gözətçiləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əkin işlərinin yenidən yoxlanılmasını xahiş edirlər. Yoxlamalarda idarə rəhbərliyinin məsuliyyətsiliyi və yol verdiyi qanun qozuntularının üstünün acılacağına meşə gözətçiləri qəti şübhə eləmirlər.

Yeri gəlmişkən onu da bildirək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 480 min manat civarında debitor borclar yığılıb qalıb və rəhbərli bu borcların geri alınması çün demək olar heç bir iş görmür…

Meşə gözətçilərinin redaksiyamıza təqdim etdiyi korrupsiya faktları və qanun pozuntuları ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Rauf Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button