Hadisə

Sakinlər bu tikinti şirkətindən 1 milyon manat istəyir (VİDEO)

Nəsimi rayonunda sakinlərlə tikinti şirkəti arasında narazılıq yaranıb. Bu narazılıq o qədər uzanıb ki, tikinti şirkəti sakinlərin yaşadığı binanı sökməyə başlayıb.

Tərəflər arasında narazılığa səbəb sakinlərin daha çox pul istəməsi, şirkətin isə buna müsbət baxmaması olub.

Söhbət Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 34 ünvanındakı binadan gedir. Sakinlər İTV-yə bildirib ki, onlara heç bir xəbərdarlıq etmədən binaları sökülür.

Şirkətdən isə bu iddia təkzib olunub və bəzi sakinlərin 1 milyon manat təzminat tələb etdiyi bildirilib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Bənzər yazılar

Back to top button