Hadisə

Ermənistana casusluq edən şəxs dustaqlardan maddəsini gizlədib – Hacı Paşayevin məhkəməsi başladı

Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunan Qəbələ rayon sakini Hacı Paşayevin məhkəməsi başlayıb.

Qaynarinfo xəbər verir ki, Hacı Paşayevin cinayət işi üzrə dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Hacı Paşayev natamam orta təhsillidir, himayəsində bir azyaşlı övladı var, səhhəti ilə əlaqədar hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

Hakim təqsirləndirilən şəxsə hüquqlarını izah edib, ittiham aktını alıb-almadığını soruşub.

Hacı Paşayev ittiham aktını almaqdan imtina etdiyini bildirib. O qeyd edib ki, təcridxanada başqa maddə ilə həbs olunduğunu deyib:

“Təcridxanda dustaqlar soruşanda başqa maddə ilə həbs olunduğumu deyirəm. İstəmirəm bu ittihamla həbs olunduğumu bilsinlər”.

Məhkəmə baxışı yanvarın 12-nə təyin edilib.

Hacı Paşayev barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə cinayət başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button