Sağlamlıq

Yeyintidə adı hallanan şəxs Respublika Perinatal Mərkəzinə direktor təyin edildi

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub.

Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, mərkəzin direktoru vəzifəsi tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyevaya həvalə olunub. Yeni direktor kollektivə təqdim olunub.

Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.

2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.

Qlobal.az xəbər verir ki, 2 saylı Doğum evi korrupsiya və özbaşınalığa görə ən çox şikayət olunan tibb müəssisələrindən olub.

Bu barədə mediada xeyli yazılar dərc edilib.

Bənzər yazılar

Back to top button