Hadisə

Maaşa işləyən baş həkim Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?

“Bakı şəhər Narkoloji Dispanserinin fəaliyyətindəki neqativ hallar barədə indiyədək çox deyilib, çox yazılıb. Dispanserin əvvəlki rəhbərliyi, vəzifəli şəxslərlə bağlı gurultulu həbslər bir yana dursun, elə hazırki baş həkim – narkoloq Qalib Məmmədovun da vəzifəsindən sui-istifadə etməsi barədə internet resurslarında bu mövzuda kifayət qədər ciddi tənqidi informasiyalara rast gəlmək olar. Həmin məlumatlar doktor Qalib Məmmədovun özü tərəfindən təsdiq və ya təkzib olunmasa da, baş həkimin malik olduğu nəhayətsiz kapital, var-dövlət, mülk-səltənət hər şeydən xəbər verir”.

Məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Bizim indilərdə əldə etdiyimiz, amma tibb ictyimaiyyətinə çoxdan məlum olan informasiyaya görə, Qalib həkimin paytaxtda bir neçə özəl klinikası fəaliyyət göstərir. Onlardan ikisi (“Yasamal” və “Medikus” klinikaları) dispanserin yerləşdiyi Yasamal rayonundadır. Haqlı bir sual doğur: Quru maaşa işləməklə, bunca dəyərli daşınmaz əmlaka necə yiyələnmək, onları müasir tibb texnikası və avadanlığı ilə necə təchiz etmək olardı? Cavab bəllidir: Əlbəttə ki, vəzifədən sui-istifadə etməklə, yeyinti və maxinasiyalara yol verməklə, rüşvət almaqla. Doktor Q.Məmmədovun profili isə elə bir sahədir ki, burada əliəyrilik eləmək insanların taleyi ilə oynamaq deməkdir, narkomaniya kimi ağır bəlaya düçar olmuş gənclərin, yeniyetmələrin həyatını korlamaq sayılmalıdır. Bu böyük günahı isə Qalib Məmmədovun arabir “narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə gözdən pərdə asmaq üçün çıxış etməklə yuması qeyri-mümkündür. Çünki elin gözü tərəzidir. Dispanserin fəaliyyətini qiymətləndirmək üçün çox uzağa getmədən, elə qonşuluqda yaşayan sakinləri dindirmək, müəssisədə ötəri, visual müşahidə aparmaq kifayətdir.

Məlumatlarda qeyd olunur ki, həyatda və karyerada ona dəstək olacaq dayaqları artırmaqla daim qayğılanan Qalib Məmmədov ailəvi dostluq etdiyi həmkarı psixiatr Səbinə xanımın vasitəsilə ikincinin mənsub olduğu Rəşidovlar nəslinin cəmiyyətdə strateji mövqelərə yiyələnmiş övladlarına çıxış əldə edib. Səbinə xanımın atası Süleyman Mustafa oğlu Rəşidov vaxtilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. Sonradan işində yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulsa da, şərti cəza almaqla həbsdən qurtarsa da, görünür, hakimiyyətin yuxarı eşelonunun nümayəndələri ilə “görüm-baxım” edərək qurduğu əlaqələri yerində olduğundan, yaxud da, “qara gün” üçün yığdığı, “igidin yaraşığı” olan ehtiyat kapital kifayət etdiyindən, “atdan düşüb atlanmağı bacarıb”, övladlarını, yaxın qohumlarını yağlı vəzifələrə yerbəyer edə bilib. Belə ki, Səbinə xanım özü Psixi Sağlamlıq Mərkəzinin müalicə-konsultativ şöbəsinin müdiridir. Vaxtının çoxunu birbaşa müalicə işindən çox, telekanallarda maarifləndirmə işinə həsr edir. Peşəkarlığından daha çox daim göz önündə olmağına və cazibədar xarici görkəminə görə populyardır. Gənclər üçün “İnam” Krisiz Xətti ilə Psixi Sağlamlıq Mərkəzinə yönləndirilən gənclər Səbinə Rəşidovanın pulgirliyi və tibbi savadsızlığı barədə gileylərini internetdə paylaşırlar. Qardaşı Mustafa Rəşidov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisidir”.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin dinləməyə hazırıq.

Mənbə: Dia.az

Bənzər yazılar

Back to top button