İdman

Ançelottidən Braziliya millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, 63 yaşlı mütəxəssis bu məlumatları təkzib edib:

“Bilmirəm, heç kim mənimlə əlaqə saxlamadı və Braziliya federasiyası mənə zəng gəlmədi. Sadəcə “Real”da qalmaq istəyirəm. Mən heç vaxt “Real”dan getməyi istəməyəcəyəm”.

Qeyd edək ki, Braziliya Futbol Federasiyası yığmanın DÇ-2022-nin 1/4 finalında mübarizəni dayandırmasından sonra baş məşqçi Tite ilə yolları ayırıb. Komandanı Ançelottinin çalışdıracağı barədə məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button