Cəmiyyət

“Heç bir yaltaqlıq olmadan, qəlbdən gələn söz olaraq dedim” – Rasim Balayev

“Ürəyimdən keçən səmimi sözləri dedim ona. Yəni, Azərbaycan kinosunun vəziyyəti o qədər də, yaxşı deyil. Biz borcluyuq ki, böyük qələbələrimizi ekrana daşıyaq. Prezident təşəbbüsü dəstəklədi”.

Bunu Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə görüşü barədə danışarkən Gününsəsi.info-ya deyib.

Aktyorun sözlərinə, çox sayda şəhidlərimiz və qəhrəmanlarımızla bağlı kino çəkilməli və bunlar gənc və sonrakı nəsillərə təqdim edilməlidir:

“Biz borcluyuq. İnşallah, bu borcumuzdan çıxmaq istəyirik. Allah bizə yar olsun”.

İlham Əliyevi Babəklə müqayisə etməsinə görə, onu tənqid edənlərə isə Rasim Balayev belə cavab verib:
“Oradan qaçan, çıxan, döşünə döyən adamlar – hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Bu gün mənim ağlıma gəlmirdi.

Mən bir sərkərdə və baş komandan kimi dedim ki, bu günün Babəki sizsiniz. Ermənilər aldıqları yerlərimizi heç vaxt qaytarmayıblar. İlk adam idi ki, onların aldığı yerləri qaytardı. Mən bir simvolik mənada dedim. Qəhrəman necə olur? Belə olur da!”.

Balayev bildirib ki, Babəklə bağlı həmin sözləri dövlət başçısına heç bir yaltaqlıq olmadan söyləyib:
“Heç bir yaltaqlıq olmadan, iç səmimiyyətimlə, qəlbdən gələn söz olaraq dedim. Kimin xoşuna gəlmirsə, özü bilər. Ancaq bu gün camaatı oraya köçürür. Heç kimin ağlına gəlmir ki, laçınlı gedir, orada yaşayır. Bu adam orada böyük işlər görür. Günü-güzəranı oradadır. Hanısa sərin yerdə bu adam gedib keyf edə bilərdi. Bunu qiymətləndirmək camaata xoş gəlmir ki?!”.

Akif İslamzadə ilə bağlı eyni gündə doğulduqlarını söyləyən aktyor Rasim Balayev onun xalqın qəlbində yer aldığını bildirib.

Qeyd edək ki, 7 avqustda Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib. R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.

Bənzər yazılar

Back to top button