İqtisadiyyatManşet

Vasif Talıbov retro maşınlarını villasından təcili daşıyıb – Video

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olduğu iddia olunur.

“Qafqazinfo” Vasif Talıbovun vəzifədən istefa verdikdən sonra sözügedən maşınların yerini dəyişmək qərarına gəldiyi haqqında məlumat yayıb.

Bildirilib ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb.

Qeyd olunub ki, bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub.

Sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə gətirilməsi ilə bağlı iddiaların olduğu qeyd olunub.

Qeyd edək ki, bu barədə ilkin məlumatı və görüntüləri jurnalist Samir Feyruzov yayıb.

Bənzər yazılar

Back to top button