İdman

Peleyə görə 3 günlük matəm elan edildi

Futbol üzrə üçqat dünya çempionu Pelenin vəfatından sonra Braziliyada üç günlük matəm elan edilib.

Yeniavaz.com xəbər verir ki, sənəd ötən gün hökumətin “Diário Oficial da União” qəzetində dərc olunub.

“Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilsin”, – sərəncamın mətnində deyilib.

Xatırladaq ki, Pele uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün 82 yaşında vəfat edib.

Bənzər yazılar

Back to top button