İdman

“Reşford Ronaldonu əvəz edə bilməz”

İngiltərə millisinin keçmiş futbolçusu Maykl Ouen Markus Raşfordun “Mançester Yunayted”də Kriştiano Ronaldonu əvəz edə biləcəyinə inanmır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Ten Haqın Reşfordun bir mövsümdə 20 qol vurmaq bacarığı haqqında söylədiklərini eşitdim. Onların Ronaldo kimi 20 qol vuran futbolçuları var idi, o çox vaxt ehtiyat oyunçular skamyasında idi. Reşford komandaya böyük töhfədir, lakin o, ən yaxşı bombardir ola bilməz. O, Runi, Van Persi və digər möhtəşəm hücumçular qədər qol vurmayacaq. Reşford fərq yaradır, lakin o, əsas hücum ulduzu olmayacaq”.

Xatırladaq ki, Kriştiano Ronaldo noyabrda “Mançester Yunayted”dən ayrılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button