Gündəm

Üç erməni xəstə Laçın yolu ilə Ermənistana aparılıb

Dekabrın 30-da Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə üç erməni xəstə Laçın dəhlizilə Qarabağdan Ermənistana aparılıb. Hec bir problem yaranmayıb.

Bir gün öncə sülhməramlıların 4 yük maşını Laçın yolu ilə Ermənistandan Xankəndinə maneəsiz gedib.

Erməni tərəfi hələ də deyir ki, azərbaycanlılar yolu bağlayır, heç kimi buraxmırlar. Bu yolda vətəndaş fəallarının aksiyası 19-cu gündür ki, davam edir və bu, Qarabağ separatçılarının təbii sərvətləri qanunsuz işləməsilə əlaqədardır. Aksiya iştirakçıları hərbi yükləri və qızıl mədənlərindən çıxarılan xammalı buraxmırlar.

Bütün digər nəqliyyat vasitələri, yüklər və adamlar maneəsiz hərəkət edə bilir. Ermənilər Laçın yolunda yeni rejimi tanımaqdan imtina edirlər və bunu azərbaycanlıların blokadası adlandıraraq faktiki olaraq boykot edirlər.

Bənzər yazılar

Back to top button