Siyasət

Muxtar Məmmədovun İsraildə səfir təyin olunması hələlik rəsmən təsdiqlənməyib

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, elm və təhsil nazirinin müavini postunu tutmuş Muxtar Məmmədov Azərbaycanın İsraildə ilk səfiri təyin edilib.

Lakin bu təyinatla bağlı dövlət başçısının sərəncamı hələlik dərc edilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, hazırda xarici işlər nazirinin müavini Fariz Rzayev İsraildədir və Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasına dair təşkilati məsələləri həll edir.

Muxtar Məmmədova gəlincə, 1983-cü ildə anadan olub. Xarici İşlər Nazirliyi sistemində, Azərbaycanın Belçikadakı səfirliyində və Təhsil Nazirliyində çalışıb. (Turan)

Bənzər yazılar

Back to top button