Dünya
Əfqanıstanda “Taliban” 7 polis əməkdaşını öldürdü
Əfqanıstanda “Taliban” silahlıları polis əməkdaşlarına hücum edib.
AzToday.az xəbər verir ki, bu barədə 1TV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubundakı Uruzqan əyalətində qeydə alınıb. “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.
Telekanal bildirib ki, hücum zamanı daha 7 polis əməkdaşı xəsarət alıb. (report)