Hadisə

Hadisənin yeganə şahidi Lotu Qulinin ölüm anından danışdı

“Saat 21.00 radələrində Nadir Səlifov, mən və ona yaxın olan bir çox adamlar otelin restoranında idik. Çoxlu qonaqlar vardı. Heç bir şey təhlükə yox idi”.

Bu sözləri avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın qohumu bildirib.

Həmin şəxs cinayətinin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış avtoritet onun gözü qarşısında güllələnib.

Hadisə barədə danışan həmin şəxs deyib: “Yeməyi bitirdikdən sonra Quli mühafizəçilərlə birlikdə oteldəki otağına getdi. Sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana enib onu gözlədim. Az sonra Quli gəldi. Onun xeyli mühafizəçisi var idi, amma hamısı silahsızdı və dəhlizdə idilər. Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən Xan (Xaqan Zeynalov) gəldi. Narahatlıq əlaməti yox idi. Xanən əlində bir çanta vardı. O, bizim stola yaxınlaşdı. Mənim ağlıma da gəlməzdi ki, o, tapançanı çantanın altında tutub”.

Nadir Səlifovun qohumunun dediyinə görə, Lotu Quli və onun oturduğu masaya yaxınlaşan qatil birdən atəş açıb: “O, Quliyə dörd dəfə atəş açdı. Bir güllə başından, ikincisi başının arxasından, ikisi də kürəyinə dəydi. Hər şey elə gözlənilməz və sürətlə baş verdi ki, gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, bütün bunlar gerçəkdə baş vermir. Ancaq Quli masaya yıxıldı”.

Qohumunun dediyinə görə, Səlifov “Beretta” maraklı tapança ilə vurulub.

N.Səlifovun qohumu iddia edir ki, işini gördüyünə əmin olduqdan sonra Xaqan Zeynalov qaçmağa başlayıb: “O, dəhlizə girib “Lota Quli vuruldu” deyə qışqırmağa başladı. Bir neçə saniyə sonra təxminən on silahsız mühafizəçi otağa girdi. Mən yalnız Xan Əhmədlinskinin Qulini vurduğunu söyləyə bildim”.

N.Səlifovun qohumu Xaqan Zeynalovun qanun oğruların dairəsinə bir il əvvəl girdiyini və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazanmağı bacardığını söyləyib: “Şəxsən, mən ondan şübhələndim. Quli kimi təcrübəli bir insanın ətrafına bir il əvvəl etibar etdiyi təsadüfi bir insanı necə qəbul etdiyi mənə aydın deyil”.

Əldə olunan məlumata görə, Xaqan Zeynalov məşhur bakılı zərgər Dayanət Zeynalovun oğludur. (Haqqin.az)

Bənzər yazılar

Back to top button