ManşetSiyasət

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizində yaranmış vəziyyətə görə Bakını pisləyən bəyanatı qəbul etməyib

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı bəyanatı Fransanın mövqeyinə görə qəbul edilməyib. Bu barədə dekabrın 31-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“İrəvanın tələbi ilə bu prosesi fransızlar koordinasiya edirdi və onlar bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayıb, eyni zamanda Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alıblar. Parisin bu natəmizliyi göz qabağındadır”, – Polyanski vurğuladı.

“Həm Bakı, həm də İrəvanın dəstəklədiyi dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalır. Lakin Fransa hazırladıgı bəyanat üzərində iş zamanı Qərb tərəfdaşlarımız bu sənədləri və Rusiya sülhməramlılarının səylərini qeyd etməyə cəsarət tapmadılar”, deyə Polyanski qeyd edib.

Diplomat bildirib ki, “qərblilər” münaqişənin həlli üçün tədbirlər hazırlamağa deyil, Təhlükəsizlik Şurasından bəyanat qəbul etməyə çalışırlar.

Qeyd edək ki, bəyanatın mətninin müzakirəsi 10 gün davam edib. Sənəddə Qarabağdakı vəziyyəti “humanitar fəlakət” adlandırılır və Bakının hərəkətlərini pislənir.

Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Albaniya və Rusiya mətnə öz təkliflərini veriblər. Lakin Fransa onları qəbul etməyib. Konsensus olmadığına görə Fransa Parisin dekabrın 20-də Təhlükəsizlik Şurasının iclasında təqdim etdiyi bu sənədi geri götürmək məcburiyyətində qalıb. (Turan)

Bənzər yazılar

Back to top button