Siyasət

2022-ci ildə ANAMA 12 mindən çox mina və təxminən 15 min partlamamış hərbi sursatı zərərsizləşdirib

2022-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) erməni işğalından azad edilmiş ərazilərdə 12 313 mina aşkar edərək zərərsizləşdirib, agentliyin məlumatında deyilir.

Əsasən 2022-ci ilin yanvar-dekabr aylarında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında 8780 ədədə piyada əleyhinə, 4133 tank əleyhinə mina və 14950 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

41 915,77 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bənzər yazılar

Back to top button