İdman

Messidən Aqueroya xəbərdarlıq

Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Serxio Aqueroya içkini tərgitməsi ilə bağlı xəbərdarlıq edib.

Qol.az xəbər verir ki, Aquero millinin DÇ-2022-nin qalibi olmasını içki içməklə qeyd edib. Messi bu duruma əsəbiləşərək Aqueroya xəbərdarlıq edib. Lakin keçmiş oyunçu Messinin məsləhətlərini dinləməyib.

Aquero bu mövzuda “Tvich”a danışarkən deyib: “Çox içmişdim. Amma heç nə yemirdim. Dünya çempionluğunu qazandıq. Mənə bir şey olacaqdısa, orada olmalı idi. Lionel mənə əsəbiləşdi və “bəsdir” dedi. Necə dayanım? Çempion olmuşduq və çox xoşbəxt idim”.

Qeyd edək ki, Aquero 2006-2021-ci illərdə Argentina yığmasında oynayıb. O, ötən il səhhətindəki problemlərə görə karyerasını başa vurub.

Bənzər yazılar

Back to top button