ManşetSiyasət

ABŞ Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə sadiqdir – Dövlət Departamenti

Vaşinqton regionda sülhün bərqərar olması üçün müntəzəm olaraq Azərbaycan və Ermənistanla və digər tərəfdaşlar vasitəsilə qarşılıqlı fəaliyyət göstərir və sıx əməkdaşlığı davam etdirəcək, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

“Biz Cənubi Qafqaz regionunda təhlükəsiz, sabit, demokratik, firəvan və dinc gələcəyin təşviq edilməsinə sadiqik”, deyə o, çərşənbə axşamı keçirilən brifinqdə Turan-ın müxbirinin sualına cavabda bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərin həllinin axtarışı məqsədilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa şərait yaratmaq üçün Avropa İttifaqı və ATƏT kimi tərəfdaşlarımızla ikitərəfli əsaslarla qarşılıqlı fəaliyyəti davam etdiririk”, deyə Prays əlavə edib.

O, xatırladıb ki, dövlət katibi Blinken Ermənistanlı və Azərbaycanlı həmkarlarını bir neçə dəfə Vaşinqtonda və Nyu-Yorkda bir araya gətirib: “Biz Cənubi Qafqazda təhlükəsizliyə, sabitliyə, demokratiyaya və sülhə şərait yaradan addımları atmağa davam edəcəyik”, deyə Prays bildirib.

“Əlbəttə, biz tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Bu münaqişənin hərtərəfli həllinin necə olacağını biz təyin etməyəcəyik”.

Xatırladaq ki, iki həftə əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan və Ermənistanın XİN başçıları ilə ayrı-ayrılıqda söhbət edərək, tərəfləri “gərginliyin azaldılması üzrə addımları nəzərdən keçirməyə” çağırıb.

Dekabrın sonlarına nəzərdə tutulan İlham Əliyev-Nikol Paşinyan görüşü baş tutmayıb.

Bənzər yazılar

Back to top button