Dünya

80 il həbs cəzası alan diktator öldü

Qvatemalada 1982-ci ildə hərbi çevrilişlə hakimiyyətə gələn Xose Efrain Rios Montt dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 91 yaşlı sabiq generala infarkt diaqnozu qoyulub. Yerli Maya tayfasının 1700 üzvü barədə ölüm əmri verərək soyqırım törədən Rios Montta 2013-cü ildə 80 il həbs cəzası verilmişdi.

Haqqındakı iddiaları rədd edən Montt “Bir irqə, etnik və dini qrupa qarşı törədilən cinayətə heç vaxt imza atmamış, əmr etməmiş və heç kimə belə bir vəzifə verməmişəm” mövqeyini nümayiş etdirirdi.

Qeyd edək ki, Quatemalada 1960-1996-cı illərdə davam edən vətəndaş müharibəsi 200 min mayalının qətli ilə nəticələnib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button