Siyasət

ABŞ qadınların iş və təhsil imkanlarının artırılması üzrə qlobal strategiyanı işə salır

Çərşənbə günü Bayden administrasiyası bütün dünyada qadın işçilərin rolunun artırılmasına yönəlmiş qadınların qlobal iqtisadi təhlükəsizlik strategiyasını təqdim edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət Departamentinin məlumatına görə, hökumətin strategiyası ABŞ-ın xarici siyasətinin rasionalizasiyasına və mobilizasiyasına, beynəlxalq proqramlaşdırmaya, inkişaf, ticarət siyasəti və təşviq məqsədilə yardıma, qadınların dünya iqtisadiyyatında tam və bərabərhüquqlu iştirakını təmin etmək üçün özəl sektorun və tərəfdaşlığın inkişafına yönəldiləcək.

Strategiyanın başlandığını elan edən dövlət katibi Entoni Blinken deyib ki, administrasiyanın səyləri qadınların iqtisadi həyatda hərtərəfli iştirakı yolunda maneələrin aradan qaldırılmasına yönəlib.

Onun sözlərinə görə, dörd prioritet istiqamətə qadın işçilərin sayını qadağan edən və ya məhdudlaşdıran sosial, hüquqi və normativ maneələrin “aradan qaldırılması ” səyləri daxildir.

Dünya Bankının məlumatına görə, cəmi 12 ölkədə qadınlara kişilərlə bərabər iqtisadi status, bərabər əməkhaqqı və iş yerində hüquqi müdafiə verən hüquqi müdafiə sistemi mövcuddur. “Biz ölkələri diskriminasyon qanunları ləğv etməyə, gender bərabərliyinə xidmət edən islahatlara tərəfdar olmağa çağıracağıq”, – Blinken deyib.

Prezident Baydenin köməkçisi və Ağ Evin gender siyasəti Şurasının direktoru Cennifer Klyayn bildirib ki, gender bərabərsizliyinin aradan qaldırılması on il ərzində dünya ÜDM-ə 12-dən 28 trilyon dollara qədər əlavə edəcək.

“Qadınların iqtisadiyyatda tam iştirakı iqtisadi artım və dünya əhalisinin yarısı üçün insan hüquqları və əsas azadlıqların həyata keçirilməsi üçün vacibdir”, – o deyib.

Bənzər yazılar

Back to top button