İdman

Messinin qaldırdığı kubok saxta olub

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messinin DÇ-2022-də qalib gəldikdən dünya kuboku ilə çəkilmiş məşhur fotosunun təfərrüatları məlum olub.

Fanat.az “RMC Sport”a istinadən xəbər verir ki, argentinalının əlində tutduğu kubok real deyilmiş.

Saxta kuboku Buenos-Ayresdən olan iki azarkeş hazırlayaraq onu talisman kimi Qətərə gətiriblər və mükafatlandırma zamanı millinin futbolçularına veriblər. Əldən-ələ keçən nüsxə Messiyə də ötürülüb və ulduz futbolçu bu zaman kameralara tuş gəlib. Anxel Di Maria kubokun arxasını göstərərək bunu ona izah edənə qədər əlində saxta kubok tutduğunun fərqinə varmayıb.

https://www.instagram.com/p/CmUv48DLvxd/?utm_source=ig_embed&ig_rid=5c5abf60-b519-42dc-a95a-d91f874cf8be
Məlumatı saxta kuboku hazırlayan azarkeşlər də təsdiqləyiblər: “Dünya çempionatından əvvəl kubok hazırlayan insanlarla əlaqə saxladıq. Kubokun istehsalına 6 ay vaxt sərf olundu. O, əsl çəki ilə eynidir. O, qatran və kvarsdan hazırlanıb, qızıl boya ilə örtülüb. Kubokun əslindən fərqlidir, amma bu fərq minimaldır.

Biz istəyirdik ki, futbolçular onun üzərində öz imzalarını qoysunlar. İlk olaraq Paredesə verdik, o, kubokun üzərində imza qoydu. Sonra bir oyunçudan digərinə, bir ailə üzvündən digərinə keçdi, hamısı şəkil çəkdirdi. Bundan sonra onu bizə Lautaro Martinez gətirdi. FİFA əməkdaşları bizə yaxınlaşaraq orijinalın bizdə olmadığını təsdiq etməyimizi istədi.

Fotoları vərəqləməyə başlayanda anladıq ki, Leo Messi da kubokumuzu başı üzərinə qaldırıb. Messinin həyat yoldaşı Antonella, həmçinin uşaqlarından biri də onunla şəkil çəkdirib”.

Qeyd edək ki, Messinin “Instagram” səhifəsində saxta kubokla çəkdirdiyi şəkil rekord sayda – 75 milyona yaxın bəyənmə toplayıb.

Bənzər yazılar

Back to top button