İqtisadiyyat

Ekspert: “Minimum əməkhaqqının artırılması VÖEN ilə çalışanlar üçün pis xəbərdir”

Azərbaycanda minimum əməkhaqqının 345 manata qaldırılması inflyasiyanın tempinə adekvat deyil. Bu fikri iqtisadçı ekspert, Respublikaçı Alternativ Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli Turan-ın müxbirilə söhbətində deyib.

Digər tərəfdən, bu artım VÖEN (vergi ödəyicisinin identifikasiya nömrəsi) üzrə çalışan 800 minə yaxın adamın Dövlət Sosial Müdafiə Fonduna icbari ödənişlərinin artmasına səbəb olacaq.

Bu ödənişlər minimum əməkhaqqının 25 faizini təşkil edir. Bəzi fəaliyyət növləri üzrə Dövlət Fonduna ödənişlər isə minimum əməkhaqqının 50 faizini təşkil edəcək. Ekspert hesab edir ki, Dövlət Fonduna ödənişlər minimum əməkhaqqına bağlanmamalıdır.

Qeyd edək ki, dövlət başçısının bugünkü sərəncamı ilə yanvarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb.

Bənzər yazılar

Back to top button