Hadisə

Narkokuryer Rusiyaya 28 kiloqram həşiş göndərməyə cəhd edib

Yanvarın 1-də polis külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü Fərhad Əliyevi saxlayıb. Bu barədə cümə axşamı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Saxlanılan şəxsdən ümumi çəkisi 28 kiloqram həşiş və narkotik maddələrin satışından əldə etdiyi pulun nağdlaşdırılması zamanı istifadə etdiyi bank kartı götürülüb.

Saxlanılan şəxs narkotik vasitələri Salyan rayonunda Məhəmməd adlı İran vətəndaşından aldığını bildirib.

Daxili İşlər Nazirliyi bildirib ki, Fərhad Əliyev Azərbaycan vasitəsilə xarici ölkələrə narkotik maddə tədarükçülərindən biridir.

Faktla bağlı cinayət işi qaldırılıb, Fərhad Əliyev həbs edilib.

Bənzər yazılar

Back to top button