Hadisə

Azərbaycanlıların İķinci dünya müharibəsində əvəzsiz rolu… – Deyilməmiş həqiqətlər…

Bəşəriyyətin faşizm üzərində qələbəsinin təminatçısı olan İkinci dünya müharibəsindən 75 il ötür. 15 respublikadan təşkil olunmuş SSRİ faşizm virusunu bütünlüklə dünya üzərindən götürdü. Bütün dünyanı ağuşuna almış faşizm təhlükəsinin məhv edilməsində xalqımızın əvəzsiz rolu olmuşdur. Və bu qələbənin əldə olunmasında azərbaycanlılar təkcə qanları və canlarıı ilə deyil , ağlı və fərasətləri ilə də seçilmişlər. Xalqımızın Vətənə ( p.s. hadisələrə həmin illərin gözü ilə baxsaq ) olan sədaqəti və sevgisi digər xalqlarla müqayisədə ölçüyəgəlməzdir.

Bəşəriyyətin üzləşdiyi ən ağır və dəhşətli dövr olan İkinci Dünya müharibəsində Azərbaycan xalqının əzmkarlıq və qəhrəmanlıqlarını açıqlamaq ciddi elmi – nəzəri , siyasi və əməli əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakı barədə danışan dünya şöhrətli insan H.Əliyev yazırdı : ” Azrbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında , həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon , 1124 özünümedafiə dəstəsi təşkil etmişdir. 1941-1945 -ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir”

640 min insan. Nəzərə alsaq ki , Sovet İttifaqının 29 milyon insanı ( hərbi və mülki şəxslər olmaqla ) bu müharibədə həlak olmuşdu və bunun 640 mini azərbaycanlıların payına düşür, bu çox böyük rəqəmdir. Və bu rəqəm keçmiş SSRİ məkanında olan xalqlar içərisində çox yüksək faiz nisbətidir.

1941 – ci ilin uyunun 22. Düşmən aviasiyası qəfil hücuma keçərək SSRİ – nin bir neçə şəhərini bombaladı. Hitlerin müharibə vaxtı planlarının bir qismi də Bakı ilə bağlı idi. Nəyin bahasına olursa , olsun Bakı ələ keçirilməli idi. Cənub ordu qrupunun keçirdiyi müşavirədə Hitlerin çıxışının stenoqramı yayıldı. ” Əgər biz Bakını , onun sərvətini ələ keçirə bilməsək , gərək başladığımız müharibəni dayandıraq. 2- ci vəzifə Stalinqradın məğlub edilməsi idi. Bu da ona görə vacib idi ki , Stalinqrad işğal olunsa , Bakıya yollar açılırdı.

Hitlerin ürəyi Bakının neft mədələrindəki mancanaqlarla ” bir vururdu ”

Müharibədə Sovet İttifaqı Ali Baş komandanının 142 nömrəli əmri ilə düşmən hücumunun qarşısını əks- hücumla almaq məsələsi yarandıqda , Azərbaycanda 223 , 402 və 416 dviziyalar təşkil edildi. 2202 nömrəli əmr ilə Azərbaycanın ayrı – ayrı şəhər və rayonlarında yaradılmış müxtəlif alaylar 416- cı atıcı dviziyanın tabeliyinə verilir. Qərargah Ucarda olur. Üç ay ərzində 416- cı atıcı dviziyasının tərkibinə 11min 54 azərbaycanlı , 201 rus , 110 gürcü , 203 dağıstanlı , 115 ukraynalı , 75 tatar və 35 nəfər belarus cəlb edildi. 5156 tüfəng , 1022 avtomat , 225 pulemyot , 220 yüngül tank qırıcı silahlı , 310 top , 181 minaatan , 82 avtomaşın və 1715 baş at ilə təmin olundu.

SSRİ rəhbərliyi plandan xəbər tutan kimi Bakının müdafiəsini 3 istiqamətdən gücləndirdi. Tezliklə və qısa müddətdə Bakıda 186.704 nəfərlik xalq qoşunu dəstələri yaradıldı. 1124 özünü müdafiə dəstəsi təşkil edildi. 1941 – ci il avqustun 26 etibarən Azərbaycanda milli atıcı dviziyasının yaradılması prosesi sürətləndi. Dviziyaların yaradılması prosesi sürətləndi. Dviziyaların formalaşdırılma məkanı kimi DQMV mərkəz şəhəri Xankəndi seçildi. Azərbaycanlılardan ibarət 77 dağatıcı , 223 Belqrad milli atıcı , 396 – atıcı , 402 və 416 milli atıcı dviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirildi. 44, 45 , 46 orduların tərkibinə daxil edildi.

Müharibədə qələbənin əldə edilməsində 416 – cı Taqanroq dviziyasının çox böyük rolu var.

Azərbaycanlılardan ibarət dviziya ilk olaraq ,1941 – ci ilin noyabrında düşmənə möhkəmləndirilmiş müdafiəsini yararaq , Sfaqo – Lednevi ələ keçirir. Bu döyüş dviziyanın ilk ciddi sınağı və əsl döyüş imtahanı oldu. Döyüşdə yaralanan baterya komandiri , baş leytenant Əmrah Əhmədov yaralı olsa da , döyüşün sonuna qədər meydanı tərk etməmiş , düşmənin çox mühüm dayaq nöqtəsini məhv etmişdi.

416 – cı dviziya 1942 – ci ilin fevral – mart aylarında formalaşıb.

1943- cü ilin yayında 416- cı dviziya digər döyüş hissələri ilə birləşmək almanların 3 zolaqdan ibarət ” Mius Frond”müdafiəsini yarır. 2 sutka ərzində dviziyanın döyüşçüləri düşmənin 3 mindən çox əsgər və zabitini məhv edir .1943 – cü avqustun 30 azərbaycanlılardan ibarət 416- cı atıcı dviziya Taqanroq şəhərini alman faşistlərindən azad etdi. Dviziyaya Taqanroq adı verildi .

“… Bizim qoşunlarımız aparılmış əməliyyat tədbirləri nəticəsində Rastov vilayətini və Taqanroq şəhərini 1943- cü ilin avqustun 30 – da işğallardan azad edib. Bu münasibətlə Azərbaycandan ibarət 416- cı atıcı dviziyasına Taqanroq- Azərbaycan adı verilsin “( SSRİ Ali Məclisi )
Sonralar dviziyanın milli tərkibini saxlamaq məqsədi ilə ayrı – ayrı dviziyalardan buraya 3500 nəfər əsgər və zabit göndərmişdilər.

Azərbaycanlılara qarşı qısqanc mövqe burada da özünü göstərməyə başlamışdı.

Belə ki , dviziyanın Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 8 nəfər döyüşçüsündən yalnız 2 nəfəri azərbaycanlı olub.

B.Mirzəyev

D. Dünyamalıyev – baş serjant kəşfiyyat qrupunun komandiri.

416 – cı Taqanroq dviziyasının tərkibində, ümumilikdə bütün ordu tərkibində döyüşən azərbaycanlıların qəhrəmanlıqları dillər əzbərinə çevrilmişdi.

Kəşfiyyatçı Əhəd Novruzov alay komandiri polkovnik Mehdi Mahmudov əfsanəvi qəhrəman general Heybət Heybətov ( Zuvanov) , İsmayıl Aslanov , Əbdül Zeynalov , İslam Vəliyev , Xeyrulla Gülməmmədov , Sərdar Hüseynov , Vahab Osmanov , Tahirə Dadaşova.

Aprelin 30 – da 416 – cı dviziyanın 1374 – cü alayı general Heybət Heybətovun komandanlığı ilə Kayzer Vilhelm sarayının üstünə qələbə bayrağı sancdı. Sarayın alınmasında kapitan X.Gülməmmədov komandiri olduğu batalyon xüsusi fəallıq göstərdi. Sarayın qülləsinə qələbə bayrağını sancanlar baş leytnant B.Osmanov və serjant B.Alekseyenko olub.

Jukov yazırdı : ” Berlinə Şərqdən daxil olan ilk qoşunlar arasında 416- cı dviziya da var idi. Mayın 2 saat 10.30- da 416 -nın hissələri cənub istiqamətində yarıb, Arandenburq qapılarını ələ keçirdi. Dviziya mayın 2- dək 22996 düşmən əsgər və zabitini məhv etmiş , 5474 nəfəri əsir almışdı. Dviziyanın hissə və bölmələri almanların 195 müxtəlif növ iriçaplı silahını , 81 minaatanını , 210 dəzgahlı pulyomyotunu , 84 əl pulyemotunu , 4997 tüfəngini , 2150 anbarını məhv etdi. Taqanroq şəhərində dviziyanın şərəfinə abidə ucaldılıb.

General Heybət Heybətov. Taqanroq dviziyasının döyünən ürəyi. Bu insana istər müharibə illərində , istərsə də müharibədən sonra edilən həqarətlər utancvericidir. Şəxsi keyfiyyət və döyüş bacarıqlarının əvəzolunmaz bilicisi haqqında gəzən şayələr onun nüfuzdan salınmasına xidmət etsə də , o gündən günə daha böyük qəhrəmanlıq simvoluna çevrildi.H.Heybətov haqqında aşağılayıcı faktlardan biri –

“Guya Zuvanov soyadını qəbul etməsi və dinini dəyişməsi ilə bağlı yazılıb.H. Heybətov haqqında deyilən bütün şayələrə cavab onun özünün ” Hərbi xidmət kitabçası idi” . Dininin dəyişməsi ilə bağlı böhtana da həmin kitabçada açıqlama var. Beləki , o , 1952- ci il 17 dekabr ” Hərbi xidmət kitabçasında ” bu faktları inkar edib.

Heybət Atamoğlan oğlu Heybətov Maştağada doğulub. Ailədə 7 uşaq olublar. Anası Tutu xanım 1918- ci ildə erməni – müsəlman davasında daşnaklar tərəfindən öldürülür. Bu barədə H.Heybətovun bacısı Sara x xatirələrində yazır. : ” Atamın ölümündən sonra ailəmizin dolanışığı çox çətin olduğundan anam böyük qardaşım Heybəti Zuvanov familyalı bir hərbçinin yanında işə düzəldir. Qardaşımın fərasəti Zuvonovun xoşuna gəlir və buna görə onu hərbi məktəbə qəbul etdirir. Zuvanovun övladı olmadığı üçün anamdan tərəqqi edir ki , Heybəti öz familyasına keçirməyə icazə versin və oğulluğa götürür. Qardaşımın başqa familya götürməsinin tarixçəsi belədir.”

Heybət kiçik yaşlarından fərasətli uşaq olub. O, 1912 – ci ildə rus – azərbaycan məktəbini , 1916- cı ildə isə Alekseyev ali – ibtidai məktəbini bitirmişdir. 1920 – ci ildə Orduya çağrılır və nümunəvi əsgər kimi hərəkət edir. O , Bakıdakı Birləşmiş Azərbaycan Hərbi məktəbinə təhsil almağa göndərilir. 1922- ci il məktəbi əla qiymətlərlə bitirir. Atıcı komandanın vzvod komandiri təyin olunur.

H.Heybətov 3- cü Ordunun birinci atıcı ” Dəmir alay”ında xidmət edir və hərbi biliyi və bacarığı sayəsində rota komandori vəzifəsinə qədər yüksəlir. 1929- cu ildə təhsilini artıtmaq üçün Moskvaya – M.Frunze adına Hərbi Akademiyaya təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini başa vurduqdan sonra geri qayıdır. Birinci atıcı ” Dəmir alay”ında qərargah rəisi , alay hərbi məktəbinin rəisi , Dağ- atıcı dviziyasının komandiri kimi məsul vəzifələrdə çalışır. 1939- cu ilin avqust ayında bacarıqlı komandir H.Heybətov orcov Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur.Az müddətə bu vəzifədə müvəffəqiyyətlə çalışan H.Heybətov həmin dairədə yerləşən 041- ci atıcı alayının komandiri vəzifəsində çalışır.

İkinci dünya müharibəsi başlayanda ona daha bir məsul vəzifə tapşırılır.

Eloğlumuz Cənub cəbhəsindəki 347- ci atıcı dviziyanın komandir müavini təyin olunur. 1942- ci ildə Azərbaycana qayıdan H.Heybətov 223 – cü Azərbaycan atıcı dviziyasının komandiri olur.

Mərhum polkovnik Baxış Mehdiyevin arxivində general H.Heybətov haqqında zəngin “xəzinə” var idi. Polkovnik B.Mehdiyev ilk gündən son günə qədər dviziya komandiri H.Heybətovla çiyin – çiyinə döyüşüb.B.Mehdiyev H.Heybətovun keçdiyi döyüş yolunu öz xatirələrində tam işıqlandırmışdı: ” 1942 – ci ilin sentyabrında döyüşə tam hazır olan dviziya Buynakskda dayanmışdı. Mir Cəfər Bağırov əsgərlərlə görüşə gəldi. Sıraların qarşısında Zuvanova – Heydərova dedi ki , bu milli birləşmədir , komandiri də Azərbaycan millətinin nümayəndəsi olmalıdır. Familyanı gərək dəyişəsən. Polkovnikin qəzəbdən gözləri böyüdü. Polkovnikin gözlənilməz cavabı Bağırovu sarsıtdı. – Mən – dedi Azərbaycan xalqının əsgəriyəm , xalqıma sidq ürəklə xidmət edirəm. O ki qaldı familya məsələsinə bu mənim şəxsi işimdir .Mətləbə dəxli yoxdur. Zuvanov familyasını daşımaqla nə millətimdən , nə də Vətəndən üz döndərməmişəm. Bu günə qədər ölkənin müxtəlif hərbi bölgələrində hərbi xidmətdə olmuşamsa , iftixarla azərbaycanlıyam demişəm. Ən başlıcası bütün
varlığımla , ürəyimlə azərbaycanlıyam. Vaxtı ilə mənə ata əvəzi olmuş insana – Zuvonova nankor çıxmaq istəmirəm. ”

416 – cı dviziyanı qələbəyə ruhlandıran , hər cür döyüş taktikasının məharətli bilicisi olan H.Heybətov haqqında öz xatirələrində yazan B.Mehdiyev 1943 – cü ilin iyununda Dyaçkino stansiyası uğrunda döyüşləri ndə komandirin xüsusi bacarıq və keyfiyyəylərindən bəhs edirdi: ” Əmr gəldi ki , general – mayor Heybətov 416-cı diziyaya komandir müavini göndərilir. Vəzifə aşağı idi. Heybətov polkovnik Dmitri Sizranova müavin təyin olunmuşdu . Bağırov heyfini belə çıxmışdı ” Bu heyf düşüncəsizlik, şəxsi ambisiyaya köklənmişdi. Azərbaycan xalqının tarix boyu başına gələn bəlalar şəxsi ambisiyalar hesabına olub. Amma hər zamanki kimi uduzan xalq olub – öz yetirmələrinin qəhrəmanlıqları onun- bunun adına çıxarılıb.

Heybət Heybətov haqqında tam təfərrüatları ilə yazan ilk hərbi jurnalist Şəmistan Nəzərli onun ” Attestasiyasını” da ilk olaraq ictimaiyyətə təqdim etmişdi.

” Yoldaş general – mayor Zuvonov – Heybətov 1943- cü ilin noyabrından ( 416 – cı dviziyadakı xidməti nəzərdə tutulur) indiyədək döyüş yolu keçmiş və Dnestr , Hulstrin , Odeq , Berlin ətrafında faşist işğalçıları ilə döyüşdə , düşmənin Visladan Berlinə kimi təqib edilməsində , hərbi hissələrə rəhbərlik işində fəal iştirak etmişdi. Taktiki şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək qabiliyyətinə malikdir. Təlim şəraitində hissələrin öyrədilməsində zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilatçılıq qabiliyyətinə malikdir. Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsəşəsini düzgün qiymətləndirir, idarə işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətləri və döyüşdə arxa cəbhənin rolunu bilir. Yürüşlərdə dözümlüdür , ancaq son vaxtlar sağlamlığından tez- tez şikayət edir. Xaraktercə möhkəmdir, general kimi mədənidir, icraçıdır , mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir. Mənəvi cəhətcə yenilməzdir, ünsiyyətlidir . Xüsusi heyətin arasında nüfuzludur, söhnətlərində sadədir , siyasi cəhətcə savadlıdır. İdealoji cəbhədə təmkinlidir. Yaralı olsa da heç vaxt döyüşdən yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.

32- ci Suvorov ordenli atıcı korpusun komandiri , Sovet İttifaqı Qəhrəmanı qvardiya general – leytnantı Jerebin

Zərbə ordusunun komandiri general – polkovnik Berzarin

12 iyun 1945- ci il

Generalın adına verilən ” Attestasiya ” sənədi onun 1943- cü il noyabrın 21-dən 1945- ci il iyulun 4-dək hərbi fəaliyjətini əhatə edir.

Azərbaycanın fəxri olan Heybət Heybətov müharibədən sonra iki dəfə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Həyat yoldaşı tatar qızı olub. Anna Kalakatorva şəfqət bacısı işləyib. Oğlu da hərbiçi olub.

Fəxarətlə adını andığımız soydaşımız 1959 – cu il oktyabrın 7-də vəfat edib. ” Yaşıdlarım ” kitabında İbrahim Novruzov qəhrəman generalımızın ölüm tarixi haqqında yazırdı : ” Bir səhər qəzetlər general Heybətovun Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etdiyini xəbər verirlər. Deyirlər general ölməmişdən qabaq bayatı demişdir . “Ölməyə vətən yaxşı ” – cənazəsinin vətənində dəfn olunmasını xahiş etmişdir.

H.Heybətov Fəxri Xiyabanda dəfn olunub.

Mehriban Sadıqova (Araşdırmaçı)

Bənzər yazılar

Back to top button