Hadisə

“ACCESS BANK” NAZİRLİYİN İKİ QURUMUNU MƏHKƏMƏYƏ VERDİ

“Access Bank” İqtisadiyyat Nazirliyinin iki qurumunu məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, bank nazirliyin Dövlət Vergi Xidməti Milli Gəlirlər baş idarəsi və Dövlət Vergi Xidmətinə qarşı iddia irəli sürüb.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisələr və vergi məsələlərindən ibarətdir.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq. İndiyə qədər üç məhkəmə prosesi keçirilib. Növbəti proses yanvar ayının 23-nə təyin edilib.

Bənzər yazılar

Back to top button