GündəmManşetSiyasət

Laçın dəhlizində aksiya – 25-cü gün: Vardanyan heç nədən qorxmadığını deyir

Qarabağ separatçılarının faktiki lideri, “dövlət naziri” Ruben Vardanyan Bakının Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaq tələbini qəbul etmədiyini bildirir.

Milad Bayramı münasibətilə Qarabağ ermənilərinə bugünki müraciətində o, belə deyib: “Heç bir mühasirə, heç bir təzyiq, heç bir təhdid arsaxlıların əhval-ruhiyyəsini, iradəsini və doğma torpaqlarında yaşamaq qətiyyətini sındıra bilməz.

Bizim tariximizdə daha çətin dövrlər olub. Vətənimizi işğal etmək istəyənlər gəlib-gediblər, biz isə minilliklər boyunca öz müqəddəs torpaqlarımızda yaşamağa davam etmişik və bundan sonra da yaşayacağıq”.

Azərbaycanın vətəndaş fəallarının aksiyasının 25 gündür davam etdiyi Laçın dəhlizində vəziyyətə gəlincə, burada xüsusi bir dəyişiklik baş verməyib. Gün ərzində Rusiya sülhməramlılarının bir neçə yük maşını hər iki istiqamətdə maneəsiz hərəkət edib.

Azərbaycanlı fəallar yolda keçidə nəzarət etməyə davam edirlər və ekoloji vəziyyətin monitorinqi üçün rəsmi Bakı nümayəndələrinin keçmiş Mardakert rayonundakı faydalı qazıntı mədənlərinə buraxılmasını tələb edirlər. (Turan)

Bənzər yazılar

Back to top button