İdman

“Mənim sayəmdə Portuqaliya millisinə məşqçilik edirdi” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi bu yaxınlarda Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verən Fernando Santuş haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, İtaliyanın “Studiosport” nəşrinə müsahibəsində bildirib ki, zamanında edilən məşqçi dəyişikliyi müsbət nəticələrə gətirib çıxarır. O, Fernanda Santuşun rəhbərliyi altında Portuqaliyanın “Avro-2016″dakı çempionluğunu qeyd edib.

O, bu məşqçi ilə bağlı bir kiçik xatirəsini də bölüşüb: “Ötən il (dəqiqləşdirmə: 2021-ci ilin sentyabrı – red.) Santuş Bakıya gələndə onu dedim ki, mənə hələ də bir şüşə portveyn gətirməyib. Halbuki o, mənim sayəmdə Portuqaliya millisinə məşqçilik edirdi”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button