Siyasət

‘Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsini “qəbuledilməz” adlandırıb

Birləşmiş Ştatlar çərşənbə günü Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırıb. Bu barədə Azərbaycanda daha bir jurnalist Şamo Eminovun həbsinə dair sualı cavablandıran Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Kanal 13” YouTube kanalının müəllifi Şamo Eminov dekabrın 22-də saxlanılaraq 3 ay 5 gün müddətinə istintaq təcridxanasına salınıb. O, eyni nəşrin son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Dövlət Departamentinin sözçüsü çərşənbə günü Turanın Vaşinqtondakı müxbirinin sonuncu həbsə reaksiya barədə sorğusuna cavab olaraq deyib: “Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu qəbuledilməzdir”.

“Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – deyə Dövlət Departamentinin sözçüsü yekunlaşdırıb.

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kəkalov, Əziz Orucev, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov və Hafiz Babalanın son günlər həbsləri media ictimaiyyətində və beynəlxalq təşkilatlarda Azərbaycanda müstəqil media və ifadə azadlığı üçün məkanın daralması və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlıqlara səbəb olub.

Bənzər yazılar

Back to top button