İdman

Ronaldo “Əl Nəsr”ə milyonlar qazandırır

Kriştiano Ronaldonun “Əl Nəsr”lə müqavilə imzalanması Səudiyyə Ərəbistanı təmsilçisi üçün olduqca faydalı olub.

Aut.az xəbər verir ki, portuqaliyalı superulduzun transferindən sonra klub hərtərəfli qazanmağa başlayıb. Keçidin reallaşmasından bir neçə gün ötsə də, “sarı-göylər” böyük pullar və populyarlıq qazanmağa başlayıb.

Portuqaliya millisinin kapitanının transferi ilə “Əl Nəsr”in instaqram səhifəsində izləyicilərinin də sayı xeyli artaraq, 10 milyon 200 mini ötüb. Bundan başqa, 37 yaşlı futbolçunun forma satışından artıq 22 milyon 638 min dollar qazanc əldə edilib. Ronaldo, hələlik yeni klubunda debüt etməsə də, komandanın Səudiyyə Ərəbistanı birjasındakı səhmlərinin dəyəri artmaqda davam edir.

Bundan başqa, “Əl Nəsr”in yaxın günlərdə yeni reklam müqavilələri imzalayacağı da gözlənilir. Ronaldonun debütündən sonra klubun yayım gəlirinin və bilet satışından əldə edilən vəsaitin də xeyli artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “Əl Nəsr” Kriştiano Ronaldo ilə 2,5 illik müqavilə bağlayıb. “Kral klubu”nun futbolçuyla imzaladığı sözləşmənin dəyəri 500 milyon avrodur.

Bənzər yazılar

Back to top button