Dünya

ABŞ Ukraynaya və tərəfdaşlarına 4 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib

Cümə günü Bayden administrasiyası Ukraynaya və avropalı müttəfiqlərə təxminən 4 milyard dollarlıq hərbi yardım elan edib. Bu, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri ən böyük yardım paketidir, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu 29-cu tranşa ilk dəfə olaraq təyyarə və ya qanadlı raketləri tutmaq üçün dənizdən və ya qurudan buraxıla bilən radarla idarə olunan “Sea Sparrow” zenit raketləri daxildir. Bu yardım paketində həmçinin yeni 50 “Bradley” piyada döyüş maşını, BAE Systems firmasının zirehli maşınlarl var.

Həmçinin HIMARS üçün əlavə döyüş sursatları, eləcə də hava hücumundan müdafiə üçün RIM-7 raketləri və 4000 “Zuni” aviasiya paketi daxildir.

Ukrayna Silahlı Qüvvələrinin mövcud hərbi texnikasının modernləşdirilməsi və təmiri üçün 225 milyon dollar ayrılıb.

Ukraynaya öz hərbi texnikasını göndərən Şərqi Avropa ölkələrinə 682 milyon dollar ayrılıb, Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Əgər Putin Ukraynanı ələ keçirmək məqsədinə nail olarsa, ümumi strateji nöqteyi-nəzərdən bunun dağıdıcı nəticələrini vurğulamaq vacibdir”, – Pentaqon nümayəndəsi Laura Kuper son yardım paketinin əhəmiyyətindən danışarkən deyib.

“Bu, İkinci Dünya Müharibəsindən bəri mövcud olan beynəlxalq sərhədləri dəyişdirəcək. Bunun qarşısını almaq üzrə səylərimiz bütün dünyada dəstəklənir. Dünyadakı digər xuliqanlar düşünməsinlər ki, çox yüksək əvəz ödəmədən qonşu ölkədə hakimiyyəti ələ keçirə bilərlər”, – Kuper deyib.

Bənzər yazılar

Back to top button