Siyasət

Milli Məclis spikerinin Türkiyəyə səfəri

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar iclasında iştirak etmək üçün yanvarın 8-də Türkiyənin Antalya şəhərinə gedəcək.

Milli Məclisin mətbuat xidməti bildirib ki, nümayəndə heyətinə deputatlar Qənirə Paşayeva, İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

Sahibə Qafarova həmçinin digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərlərilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bənzər yazılar

Back to top button