İdman

“Əl Nəsr” daha bir ulduzu hədəfə aldı

“Əl Nəsr” klubu Kriştiano Ronaldodan sonra daha bir ulduz futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “Real”ın futbolçusu Eden Hazard Səudiyyə Ərəbistanı təmsilçisinə keçə bilər. Bu barədə “Footmercato” məlumat yayıb. Klubun baş məşqçisi Rudi Qarsiya onu ixtiyarında görmək istəyir. Belçikalı yarımmüdafiəçi yayda azad agent statusuna malik olacaq. Bu səbəbdən “Əl Nəsr”ə transferi mümkün görünür.

Qeyd edək ki, Qarsiya Hazardla “Lill”də çalışıb.

Bənzər yazılar

Back to top button