İdman

“Barsa”da oynamaq üçün “Mançester Siti” və PSJ-yə “yox” dedi

“İnter”in hücumçusu Lautaro Martines karyerasını “Barselona”da davam etdirmək istəyir.

Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Lautaro “İnter” rəhbərliyindən “Mançester Siti” və PSJ-nin təkliflərini rədd etmələrini istəyib. 22 yaşlı futbolçu “Barselona”dan başqa kluba keçmək barədə düşünmür.

Katalon klubu uzun müddətdi Lautaronun transferini “İnter”lə razılaşdırmağa çalışır. “Barsa” argentinalı forvarda illik 10 milyon avro ödəməyə hazırdı. “Neradzurri” sözügedən məbləği qarşılamaq gücündə deyil.

Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Lautaronun aktivində 11 qol, 4 məhsuldar ötürmə var.

Bənzər yazılar

Back to top button