GündəmHadisəManşet

Muxtar Babayevin diqqətinə: Cənub meşələrində kütləvi talançılıq başladılıb (FOTO, VİDEO)

Yanvarın 7-də Masallı rayon Polis Şöbəsinin əməkdaşları 20 kub metr işlik agac materialı yüklənmiş yük avtomobilini saxlayıb. AzToday.az xəbər verir ki, cənub rayonlarının meşələrinin amansız şəkildə məhv edilməsinin bariz sübutu olan bu faktı ört-basdır etmək üçün yerli ekologiya qurumları müxtəlif bəhanələr fikirləşib. Amma saxlanılan işlik materialın cənub meşələrindəki kütləvi qırıntılar hesabına olduğuna şübhə yoxdur.

Məlumata görə, işlik materialla yanaşı 280 kisə kömur də tutulub.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı redaksiyamıza həyəcanlı məlumatlar daxil olub. Yardımlı, Masallı və Cəlilabad meşələrində kütləvi qırıntıların olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, heç vaxt bu şəkildə vəhşicəsinə meşələrin məhv edilməsinin şahidi olmayıblar.

Məlumatlarda bildirilir ki, Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında “Qırmızı kitab”a düşmüş agcaqayın, qizilagac və sair, agaclar qırılaraq işlik material kimi Xocavardakı sexlərə satılır. Başqa bir məlumatda iddia olunur ki, Qəriblər meşəbəyliyindən hər gün iki yük maşını işlik material satılır.

Cənub meşələrindəki kütləvi qırıntılarla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməkdəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də kütləvi qırıntılara müdaxilə etməyi xahiş edirik…

Bənzər yazılar

Back to top button